Futzal yığmamız "Ekol"a 6:3 hesabı ilə qalib gəlib
26-01-2012 / 16:24
FaktXeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. “Ekol” klubu ilə qarşılaşan millimiz 6:3 hesabı ilə qələbə qazanıb.
Vitali Borisovun 4 qol vurduğu oyunda hərəyə 1 dəfə Namiq Məmmədkərimov və Rüfət Balakişiyev fərqlənib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.