PAKİSTANDA KEYFİYYƏTSİZ DƏRMANLARA GÖRƏ 100 NƏFƏR HƏLAK OLUB
Buna baxmayaraq, insanlar hələ də xəstəxanalar müraciət edərək, özlərini pis elədiklərini bildirirlər
26-01-2012 / 16:00
Faktxeber.com-un verdiyi məlumata görə, Pakistanın Lahor şəhərində 100 nəfərdən çox insan keyfiyyətsiz dərmanlardan zəhərlənərək vəfat edib.
İnsanların profilaktika və ürək-damar xəstəlikləri üçün nəzərdə tutulmuş yerli istehsal dərmanlardan zəhərləndiyi bildirilir. Ümumilikdə bu həb yerli xəstəxanalarda və poliklinikalarda 25 min pasiyentə yazılıb.
Qeyd edək ki, insanlar hələ də Lahor xəstəxanalara müraciət edərək, dərman qəbulundan sonra özlərini piss etdiklərini deyiblər. Onların bir çoxunun vəziyyəti ağır qiymətləndirilir.
100 nəfərdən çox insanın ölməsi ilə hüquqmühafizə orqanlarında cinayət işi qaldırılıb.
Keyfiyyətsiz farmakoloji məmulatları istehsal edən kampaniya istintaq bitənəcən bağlanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.