Yaponiyanın 2012-ci il üçün dövlət büdcəsi ötən ildəkindən çox olacaq. Bu, artıq üç ildir ki, belə davam edir.
Yaponiya hökumətinin parlamentə təqdim etdiyi planda o, ümumi büdcə və xüsusi məsrəflər maddəsi üçün 228, 8 trilyon yen (təxminən 2,9 trilyon dollar) ayrılmasını istəyib. Bu, ötən ilin büdcəsi ilə müqayisədə 109 milyard dollar çoxdur.
Hökumət büdcənin məxaric hissəsinin artmasını əhalinin sürətlə qocalması və doğumun aşağı həddə olması, həmçinin ötən ilin martında təbii fəlakətinin vurduğu ziyanı aradan qaldırmaq üçün lazımi məsrəflərlə əlaqələndirir.
Hazırda hakimiyyətdə olan Demokratik Partiya öz seçkiqabağı proqramında yeni maliyyə mənbələri axtaracağını və dövlət büdcəsinin strukturunda dəyişikliklər aparacağını bildirmişdi. Bu vədi həyata keçirmək üçün hökumət büdcənin məxaric hissəsinin xüsusi maddələrinin islahatlar planını işləyib hazırlayıb və onların sayını 17-dən 11-ə endirməyə söz verib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.