Beynəlxalq bazarlarda qızıl bu ilin ən yüksək səviyyəsinə qalxıb, dollar isə 2 ay əvvəlki səviyyəsinə düşüb
26-01-2012 / 14:37
FaktXeber.com-un verdiyi məlumata görə, ötən həftəni 1.666,46 dollar səviyyəsində başa vuran qızılın unsiyası dünən axşam saatlarında 1.665-1.675 dollar səviyyəsinə qalxıb. Daha sonra bağlanış saatlarına yaxın yenidən artan qızıl 1.700 dollar sərhədini keçib və 1.710,60 dollarlıq artım göstərib.
Qızılın unsiyası daha sonra 1.714,05 dollara qədər qalxaraq 2012-ci ilin ən yüksək səviyyəsini göstərib.
Ötən ili 1.567,47 dollarla başa vuran qızıl beləcə bu ilki ən yüksək səviyyəsinə görə 9,35 faiz artıb .
Qeyd edək ki, qızılın unsiyası 4 oktyabr 2011-ci il tarixində 1.905,21 dollara qədər qalxaraq tarixi rekord göstərmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.