2011-ci ildən bəri məhkum olunan islamçıların sayı 23-ə çatıb
26-01-2012 / 14:29
2011-ci ili həbs dalğası üzərində tamamlamış dindar kəsimin yeni ildə ilk məhkumu Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyev oldu. Yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsi onu 1 il 6 ay müddətinə azadlıqdan məhrum etdi.
“Media forum” saytı bildirir ki, bununla 2011-ci ildən bəri məhkum olunan islamçıların sayı 23-ə çatıb. Ötən il 22 nəfər məhkum olunmuşdu:
Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov - 12 il;
AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə - 11 il 6 ay;
AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il;
Ruhani Fəramiz Abbasov - 11 il;
Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev - 10 il;
Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il;
ruhani Fəxri İlyasov - 3 il 6 ay;
ilahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay (bu il yanvarın 17-də cəzası 2 ilə azaldılıb);
ruhani Azər Cəbiyev - 2 il 6 ay;
ruhani İlqar Musayev - 3 il;
hicab məhbusu Toğrul İsgəndərov - 3 il;
hicab məhbusu Məmməd Əsgərov - 3 il;
hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay;
hicab məhbusu Nurani Məmmədov - 2 il;
hicab məhbusu Rüfət Miriyev - 2 il;
hicab məhbusu Mais Abdullayev - 1 il 6 ay;
hicab məhbusu Rəşad Vəliquliyev - 1 il 6 ay;
hicab məhbusu Tərlan İsmayılov - 1 il 6 ay;
hicab məhbusu Taleh Ələkbərov - 1 il 6 ay;
hicab məhbusu Çingiz Novruzov - 1 il 6 ay;
hicab məhbusu Taleh Bağırov - 1 il 6 ay;
hicab məhbusu Elşən Abbasov - 1 il.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.