Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib
26-01-2012
İctimai Palatanın Türkiyənin Azərbaycandakı səfirliyinin binası qarşısından Fransa səfirliyinin binasına qədər bu günə təyin olunmuş yürüşü təxirə salınıb. Bu barədə FaktXeber.com-a Müsvat Partiyasının başqan müavini Gülağa Aslanlı məlumat verib.
Onun sözlərinə görə, dünən yürüş barədə Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət etsələr də, onlardan məktubu qəbul etməyiblər. Buna görə də, məktubu sifarişli poçtla göndəriblər. Amma qarşı tərəf məktubu almadığını iddia edir: “Dünən gənclərin Fransanın məlum qərarına etirazı polis zorakılığı ilə qarşılaşdığı üçün biz bu günə təyin olunmuş aksiyanı təxirə salmalı olduq. Və qərara aldıq ki, yürüş yanvar ayının 30-da eyni marşrut üzrə həyata keçirilsin. Yürüşün saat 15.00-17.00 arası keçirilməsi nəzərdə tutulur.”