RESTORANIN QAPISINI BAĞLAYARAQ HÖKUMƏT BAŞÇISINI İÇƏRİDƏ QOYDULAR (video)
Hüquqmüdafiəçılər Avstraliyanın baş nazirinin ayaqqabısını özlərinə qələbə simvolu kimi götürdülər
26-01-2012 / 14:06
Faktxeber.com-un verdiyi məlumata görə, Avstraliyanın baş naziri Culiya Gillardı və müxalifət lideri Toni Ebbotu qəzəblənmiş aborigen hüquqmüdafiəçilərinin əlindən ancaq polislərin köməyi ilə almaq olub.
Belə ki, onlarla insan siyasətçiləri Kanberrada restoranlarının birində bağlı qoyublar. Maraqlıdır ki, hüquqmüdafiəçilər hökumət başçısının tuflilərini də müsadirə edərək, özləri üçün yadigar götürüblər.
Hadisə Avstraliyanın milli bayramında - kontingentin avropalılar tərəfindən özünüküləşdirilməsinin ildönümündə baş verib.
Şahidlərin sözlərinə görə, hüquqmüdafiəçilər restoranın binasını əhatəyə alaraq, «rüsvayçılıq», «irqçilər» kimi şüarlar deyiblər və divarları döyəcələyiblər. Siyasətçiləri təqriblən 50 nəfər yaxın polis və hüquqmühafizəçilərin köməyi ilə xilas etmək olub. Evakuasiya zamanı Gillarddın ayağı burxulur və ayaqqabısı ayağından çıxır. Hüquqmüdafiəçilər də ayaqqıbını qələbə simvolu kimi özlərinə yadıgar götürürlər.
Maraqlıdır ki, dövlət başçısına hücum Avstraliya hökumətinin ölkə Konstitusiyasına tarixi dəyişikliklər edərək, aborigenləri yerli sakin kimi qəbul etməsi və irqi ayrıseçkilik salan qanunların çıxarılmasından bir neçə gün sonra baş verib.
Qeyd edək ki, Konstitusiyada edilən düzəliş Gillardın özü tərəfindən təsdiqlənərək 2013-cü il seçkilərinə kimi referenduma hazırlanmağa verilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.