İslam Partiyasının sədr müavini Arif Qəniyevin işi üzrə məhkəmə prosesi keçirilib
26-01-2012 / 13:54
Bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Zeyqəm Huseynovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevin cinayət işinə dair məhkəmə prosesi keçirilib. Arif Qəniyevin vəkili Anar Qasımlının FaktXeber.com-a verdiyi məlumata görə, hakim Zeyqəm Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Qəniyevin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2011-ci ilin avqust ayında tutularaq Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur. Arif Qəniyevin istintaqı 2011-ci ilin sonlarında yekunlaşıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.