ABŞ Mərkəz Bankı 2014-ci ilin sonlarına qədər faiz dərəcələrini artırmağı düşünmədiyini açıqlayıb
26-01-2012 / 12:53
FaktXeber.com-un verdiyi məlumata görə, bu açıqlama bazarlarda dolların dəyərini də kəskin şəkildə azaldıb. Bunun nəticəsi olaraq Amerika hökumətinin borclanma xərci də düşüb. Amerika Mərkəzi Bankının (FED) açıqlamasında Amerika iqtisadiyyatı üçün risklərin davam etdiyi bildirilir. İnflyasiyanın isə nəzarət altında olduğu bildirilir. Mərkəz Bankın açıqlamasına görə, faiz dərəcələri 0 - 0,25 arasında qalacaq. Bununla birlikdə Mərkəz Bankının pul siyasəti təşkilatının bəzi üzvləri iki gün davam edən toplantının nəticəsi olaraq faiz dərəcələrinin sürətlə artırılması təklifini səsləndiriblər. FED iqtisadiyyatın müşahidəsinə dair təxminləriylə birlikdə ilk dəfə qurum üzvlərinin də fikirlərini ayrılıqda nümayiş etdirməyə qərar verib. 17 üzvdən 3-ü bu ilin sonuna qədər faiz dərəcələrinin artırılmasının lazım olduğu istiqamətində fikir səsləndirib. Altı üzv bunun 2013-cü ilin sonunda edilməsini istəyib.
Altı üzv isə 2014-cü ilin sonlarına qədər indiki tarixi səviyyənin qorunacağı uzaqgörənliyini açıqlayıb. Bir üzv faiz dərcəsinin 2,75-yə qalxa biləcəyini söyləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.