BAYKONUR KOSMODROMUNDAN RUSİYANIN "PROQRESS" YÜK GƏMİSİ ORBİTƏ BURAXILIB
"Proqress M-14M" orbitə 2,6 tondan artıq müxtəlif yüklər çatdıracaq
26-01-2012 / 12:23
Faktxeber.com-un verdiyi məlumata görə, Baykonur kosmodromundan Rusiyanın «Proqress» yük gəmisi buraxılaraq Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
Uçuşların İdarə Mərkəzinin nümayəndəsinin verdiyi məlumata görə, «ProqressM-14M» orbitə 2,6 tondan artıq müxtəlif yüklər çatdıracaq.
Qeyd edək ki, bundan əvvəlki nəqliyyat gəmisi «Proqress M-13 M» yanvarın 25-də orbitdən düşürülmüşdü, onun qalıqları isə Sakit Okeanın gəmi işləməyən rayonunda batıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.