Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, beynəlxaq səviyyələrdə müzakirə olunsa da ortada heç bir nəticə yoxdur. Əksinə, qloballaşaraq maraqlı dövlətlərin nəzarəti altına keçib. Problemin güc yolu ilə həllinin mümkünlüyü barədə arabir verilənbəyanatlar da elə həmin maraqlı dövlətlər tərəfindən qəzəblə qarşılanır. Bu qəzəbin təsirlərini neytrallaşdırmaq və münaqişəni gerçəkdən həll etmək üçün isə beyin mərkəzinin, siyasi institutların yaradılması təklif olunur. Münaqişənin beynəlxalq səviyyəyə qaldırılmasını yanlış addım hesab edən professor Rafiq Əliyev düşünür ki, əgər Azərbaycan hakimiyyəti bu ideyanı dəstəkləyərsə, onda Qarabağ probleminin həllinə nail olmaq mümkündür.
Məsələyə münasibətini bildirən Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri Eldəniz Quliyev də hesab edir ki, problemin həllinin uzanaraq faciəyə çevrilməsinin səbəbi, onun beynəlxalq qurumlara həvalə olunmasıdır.