Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan "İslamazeri.az" saytının baş redaktoru Ramin Bayramovun istintaqı yekunlaşıb
26-01-2012 / 10:30
Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramovun istintaqı yekunlaşıb.
Ramin Bayramovun vəkili Ramil Məmmədov FaktXeber.com-a açıqlamasında bildirib ki, yanvarın 9-da Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri üzrə şübhəli şəxs qismində saxlanılan jurnalistin dindirilməsi olub.
Ramil Məmmədov Ramin Bayramovun səhhətindən və saxlandığı şəraitdən heç bir şikayəti olmadığını deyib.
Qeyd edək ki, Ramin Bayramov avqustda həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.
Respublika Narkoloji Dispanseri Ramin Bayramov haqqında rəy verib. Rəyə görə, o, narkotik maddə istifadəçisi deyil.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.