Əzəli rəqiblər - “Barselona” və “Real” İspani ya Kubokunun ¼ final mərhələsi çərçivəsində cavab oyununa çıxıblar. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.
Kataloniyalılar hər iki qolu birinci hissənin sonlarında vurublar. 43-cü dəqiqədə Lionel Messinin ötürməsindən sonra Pedro fərqlənib, 45-ci dəqiqədə isə Dani Alves fasilə ərəfəsində komandasının üstünlüyünü iki topa çatdırıb. “Barselona”nın qollarından əvvəl “Real”ın türk oyunçusu Məsud Özilin zərbəsindən sonra top qapı dirəyinə dəymişdi.
Qonaqlar fasilədən sonra “Barselona”ya dupletlə də cavab veriblər. 68-ci dəqiqədə Kriştianu Ronaldu hesab arasındakı fərqi azaldıb. 72-ci dəqiqədə isə “Barselona”nın müdafiəsindəki səhvdən Kərim Benzema yararlanıb və status-kvonu bərpa edib.
Lakin bu hesab “Real”a kömək etməyib. İki oyunun nəticəsində görə “Barselona” yarımfinala vəsiqə qazanıb. Onun rəqibini “Valensiya”-“Levante” qarşıdurması müəyyənləşdirəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.