Faktxeber.com-un verdiyi məlumata görə, Kim Dotkom həm də Kimbl, Kim Tim Cim Vestor, Kim Şmitç və sair adlarla da tanınan dünyanın ən güclü hakeri həbs olunub.
37 yaşlı Kim Almaniya və Finlandiya vətəndaşıdır. O, fevralın 22-nə kimi Amerikada təcridxanada qalacaq.
ABŞ qanunlarına əsasən bu müddət ərzində Şmitsin ekstradisiyası ilə əlaqədar sorğu göndərməlidir.
Vəkili onun girov müqabilində buraxılmasına çalışsa da, hakim onun qaçma şansının böyük olduğunu nəzərə alaraq qəbul etməyib.
Şmitsin vəkili Pol Devison isə hakimin verdiyi qərarla razılaşmadığını deyib: «Dotkomun qaçmağına heç bir şansı yoxdur. Ən azı ona görə ki, bankdakı hesabı dondurulub və əmlakı da müsadirə edilib».
Qeyd edək ki, Dotokomun yaşadığı 16 milyon futn sterlinq dəyərində olan ev – Yeni Zellandiyanın ən bahalı malikanəsi sayılır.
Onun evində aparılan axtarış zamanı milyonlarla dollar funt sterlinq və bir neçə silah aşkarlanaraq müsadirə olunub. Bundan əlavə, bank hesabındakı 50 milyon dollar da dondurulub.
Amerika məhkəməsi «Megaupload» imperiyasının rəhbərini pirat fəaliyətində, internet vasitəsilə qiymətli sənət əsərlərini oğurlamaqda, beləliklə də ümumilikdə yarım milyard dollar zərərə salmaqda itiham edir.
Vəkillər isə Dotkomun hər şeyi təmiz yolla əldə etdiyini iddia edirlər. Vəkillər real sübutların olmayacağı təqdirdə məhkəmənin onu azadlığa buraxmaq məcburiyyətində qalacağını da xüsusi vurğulayırlar.
Aysel