ZALDA ÇALAN TELEFONA SKRİPKAÇININ ÖZÜNƏMƏXSUS REAKSİYASI
Musiqiçi konserti yarımçıq kəsərək telefonun melodiyasını skripkada ifa edir
25-01-2012 / 15:46
Məşhur slovakiya skripkaçısı Lukaş Kmitin Preşovda olan konsertində maraqlı hadisə baş verib.
Belə ki, konsert zamanı zalda gələn «Nokia» telefonunun standart melodiyası musiqiçinin işini yarımçıq qoyur.
O, əvvəlcə tamaşıçılara baxır, sonra telefonun melodiyasını skripkada ifa edir.
Bu da zaldakıların gülüşünə və alqışına səbəb olur.
Qeyd edək ki, bir müddət öncə anoloji hadisəni yaşayan Nyu-York filarmoniyasının dirijoru konserti yarımçıq kəsərək, unutqan melomanı bütün tamaşaçıların qarşısında təhqir etmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.