Qiymətli daşın çəkisi 57 karatdır ki, bu da 11,5 kq-a bərabərdir
25-01-2012 / 14:58
Faktxeber.com-un verdiyi məlumata görə, dünyanın ən böyük zümrüdü Keloun şəhərində Western Star auksionuna çıxarılıb.
11.5 kq-lıq qiymətli daşın 57 min karatdır.
Yaşıl rəngli qiymətli daş öz ölçüsünə görə qarpızı xatırladır.
Zümrüd Braziliyada əldə edilib və Teadora (Allah vergisi) adlandırılıb.
Qiymətli daşın tapıldığı yerin dəqiq ünvanı məxfi salxlanılır. Onun yeni sahibi mirvari satıcısı Reqan Rini "Teadora"nın mədənçilər tərəfindən tapıldığını düşünür: «Əks təqdirdə onu tapan özü üçün saxlayardı».
Zümrüd ilkin olaraq 1,15 milyon dollarında dəyərləndirilir. Lakin auksionun nümayəndəsi və dəyərli daşın sahibləri satışdan 2-2,5 milyon dollar qazanacaqlarını düşünürlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.