QATİL ARILAR DAHA BİR İNSANIN DÜNYASINI DƏYİŞMƏSİNƏ SƏBƏB OLUB
Tətilini həyat yoldaşıyla birlikdə Afrikada keçirən 61 yaşlı ingilis Mik Bryan arı sürüsünün hücumu nəticəsində dünyasını dəyişib
25-01-2012 / 13:59
FaktXeber.com-un İngiltərənin "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, Mik Bryan və həyatı yoldaşı Jaklin tətillərini keçirmək üçün getdikləri Tanzaniyada başlarına gələcəklərdən xəbərsizlər olublar. Cütlük Jaklinin 43-cü ad gününü axşam saatlarında qeyd etdikdən sonra çadırlarına dönüblər. Ancaq qəfildən Mik Bryan arı sürüsünün hücumuna məruz qalıb. Mikin köməyinə qaçan yoldaşı Jaklin də arıların sancmasıyla üzləşib. Ancaq hadisələr o qədər sürətli baş verib ki, artıq Mik üçün yardıma heç nə kömək etməyib. Arıların hücumuna məruz qalan Mik Bryan dünyasını dəyişib.
Qatil arıların hücumu nəticəsində dünyasını dəyişən Mikin əvvəlki evliliyindən 3 uşağı olduğu bildirilir.
Qeyd edək ki, artıq son zamanlar analoji hadisə nəticəsində dünyasını dəişənlərin sayında artımlar müşahidə edilir. Mütəxəssislər isə isə arıların bu cür aqressivliyinin səbəbini tapa bilmirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.