PROKUROR AİP-İN SƏDR MÜAVİNİ ARİF QƏNİYEVƏ 2,6 AY İŞ İSTƏYİB
İslam Partiyasının sədr müavini Arif Qəniyevin işi üzrə məhkəmə prosesi keçirilib
25-01-2012 / 13:56
Bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Zeyqəm Huseynovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevin cinayət işinə dair məhkəmə prosesi keçirilib. Arif Qəniyevin vəkili Anar Qasımlının FaktXeber.com-a verdiyi məlumata görə, hakim Zeyqəm Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror A.Qəniyevə 2 il 6 ay həbs cəzası istəyib. Proses sabah davam etdiriləcək.
Qeyd edək ki, 2011-ci ilin avqust ayında tutularaq Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur. Arif Qəniyevin istintaqı 2011-ci ilin sonlarında yekunlaşıb.
Allahdan istəyirəm öz qurduğunuz bu tələyə özünüz düşəsiniz və o günün intizarındayam ki, bu dəmir barmaqlıqlar arasında dünyanın bir çox diktatorlarının aqibətinə düçar olasınız.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.