Silahlı şəxs C.Buşun onunla bir əşya vasitəsilə telepatik əlaqə yaratdığı və özünün şəxsən bu evə girərək əşyanı götürməsini tapşırdığını deyib
25-01-2012 / 13:45
Faktxeber.com-un verdiyi məlumata görə, psixi pozğunluğu olan şəxs kiçik Corc Buşun Dallasdakı evinə girmək istəyib.
Amerika KİV-lərinin verdiyi məlumata görə, çağrılmamış qonaq darvazadan içəri girən maşının arxasınca şütüyərək həyətə keçib.
Lakin mühafizəçilər vaxtında onu görə biliblər.
Həmin şəxsin maşınında axtarış zamanı silah aşkar edilib.
İstintaq zamanı o, evə bir əşyanı götürmək üçün girmək istədiyini deyib. Bundan əlavə, həmin şəxs Buşun onunla bu əşya vasitəsilə telepatik əlaqə yaratdığı və özünün şəxsən bu evə girərək əşyanı götürməsini tapşırdığını deyib.
Qeyd edək ki, hadisə zamanı Corc Buş və həyat yoldaşı Lora evdə olmayıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.