Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus dərəyə yuvarlanıb
25-01-2012 / 13:27
FaktXeber.com-un Türkiyənin "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Metro Turizmə aid 34 FM 0018 nömrəli Van-İstanbul marşrutu üzrə hərəkət edən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq Ankara şimal dairəvi yolunda dərəyə yuvarlanıb. Avtobusda olan 55 sərnişindən 1-i uşaq olmaqla 4 nəfər ölüb, 27-si ağır olmaqla 51 nəfər yaralanıb.
Qəzadan yaralı xilas olan sərnişinlər hadisə barədə 112 xidmətinə və polisə məlumat veriblər. Hadisə yerinə çoxlu sayda təcili yardım, xilasetmə və polis qrupu göndərilib. Avtobusdakı bir qisim ağır yaralıları yoldan geçən vətəndaşlar avtomobilləri ilə xəstəxanaya aparıblar.
Bütnü yaralılar ilk tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.