Müdafiə Nazirliyi Azərbaycan Ordusunun kiçik çavuşunun düşmən tərəfinə əsir düşməsi barədə məlumat yayıb
25-01-2012 / 12:27
Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin ermənilər tərəfindən əsir götürülməsi ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan açıqlamada bildirilir ki, N saylı hərbi hissənin kiçik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu düşmən tərəfinə əsir düşüb. Hazırda bu barədə araşdırma aparılır.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Yuxarı Çaylı kəndi yaxınlığında Azərbaycan hərbçisinin əsir götürülməsi barədə məlumat yayıb. Əsir götürülən şəxs 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğludur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.