"Başqa dəniz" filmdə çəkiliş apararkən yola çıxan Teodoros Angelopulosu motosikl vurub
25-01-2012 / 12:24
Faktxeber.com-un verdiyi məlumata görə, məşhur yunan kinorejissoru Teodoros Angelopulos filmdə çəkiliş apararkən qəribə bir qəzanın qurbanı olub.
Belə ki, «Başqa dəniz» filminin çəkilişi zamanı yola çıxan Angelopulosu motosikl vurub.
Verilən məlumata görə, motosiklin sürücüsü olan polis də yaralanıb.
Şahidlər «Təcili yardım» maşınının hadisədən 45 dəşiqə sonra gəldiyini bilridiriblər.
Bu səbəbdən çəkiliş qrupu səhiyyə naziri Andreas Loverdusa zəng etməli olub.
Onlar rejissorun zərbədən ciddi şok aldığına rəğmən hələ huşda olduğunu və təcili yardım briqadasının üzvləri ilə söhbət elədiyini deyiblər.
Lakin xəstəxanada həkimlərin səylərin bəxmayaraq o, vəfat edir.
Tibb işçiləri onun beyin qanaması keçirdiyi, ciddi kəllə-beyin və bədən travması aldığını deyiblər.
Qeyd edək ki, Angelopulos dünya kinosunun ən yaxşı rejisslorlarından hesab olunurdu. O, bir çox filmlərinə görə dəfələrlə Kann, Venesiya, Salonisk və onlarla digər beynəlxalq kinofestivallarının mükafatına layiq görülüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.