İNSAN HAQLARI POZUNTULARI ARTIR, AVROPA BİRLİYİ İSƏ SUSUR...
25-01-2012 / 10:45
Mərkəzi Amerikada yerləşən Human Rights Watch təşkilatı Avropada siyasətin sürətlə sağa sürüşdüyünü və Avropa Birliyinin haqq pozuntularına səssiz qaldığına diqqət çəkib.
FaktXeber.com-un verdiyi məlumata görə, 22-ci illik hesabatını açıqlayan HRW, Yunanıstan və Macarıstandakı irqçi təşkilatlar, ərəb immiqrantlar, qaraçılar və terrorda şübhəli bilinən müsəlmanlara qarşı pis rəftarlara diqqət yetirib. Vəzifəsini yerinə yetirməyən AB-nin sərt şəkildə günahlandırıldığı hesabatda, 9 AB üzvü ölkə adıyla çəkilərək tənqid olunub. Siyahının başında isə Fransa yer alıb.
Təşkilat iqtidardakı sağçı hökumətlərin irqçi partiyaların qaraçılar, müsəlmanlar və immiqrantlara istiqamətli tənqidlərə qoşulduqlarına diqqət çəkib. Avropanın "İslamlaşmasına" maneə yaratmaq üçün 22 iyulda Norveçdə 77 nəfəri öldürən Anders Breiviki xatırladan HRW, norveçli terrorçunun baxışlarının Avropada mərkəzə daşındığına və yaxşı qarşılandığına işarə edib. Niqabı qadağan edən Fransanın artan dözümsüzlük qarşısında tədbir görmədiyi, Hollandiyada isə İslam əleyhdarı Geert Wildersin baxışlarının məhkəmələr tərəfindən yaxşı qarşılandığı vurğulanır. HRW-nin ad çəkərək günahlandırdığı ölkələr isə bunlardır: Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Hollandiya, Polşa, İspaniya və İngiltərə.
Yunanıstanda millətçi qrupların pakistanlıların yaşadığı məhəlləyə hücum edərək insanları bıçaqla yaraladığı, Macarıstandan millətçilərin hərbi formalarla qaraçıların evlərinin ətrafında qarışıqlıq yaratdıqları, Fransa və İtalyanın irqçi bir mövqe göstərərək qaraçıları ölkədən çıxardığı vurğulanan hesabatda, İtaliyanın "Ərəb Baharı"ndan sonra ölkəyə sığınanların 650 faizindən çoxunu qovduğu xatırladılır. HRW-nin diqqət çəkdiyi məsələlərdən biri də terrorda şübhəli bilinən müsəlmanların məhkəməyə çıxarılmadan uzun müddət həbsdə saxlanmalarıdır. Hesabata görə, bu şübhəlilər həm vəkilləri ilə görüşdürülmür, həm də işgəncə gördükləri ölkələrinə geri göndərilməyə cəhd göstərilir.
AVROPA BİRLİYİ BU İNSAN HAQLARI POZUNTULARINA SƏSSİZ QALIR
HRW, hər fürsətdə insan haqqlarını siyasətinin ən fundamental ünsürü olduğunu söyləyən AB-ni sərt şəkildə tənqid edir. Üzv ölkələrdə sürətlə artan insan haqqları pozuntularına baxmayaraq, AB-nin səssiz qaldığı söylənən hesabatda, Brüsselin üzv ölkələri cəzalandırmaqdan imtina etdiyini vurğulayır. Avropadakı insan haqqlarının vəziyyətinin "böyük narahatlıq qaynağı" olduğunu söyləyən HRW səlahiyyətliləri, AB Komissiyasının daha cəsur davranmaması vəziyyətində insan haqqları pozuntularının artacağı xəbərdarlığını edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.