Bu qurum, Çin kimi ölkələrdə ticarət sferasında pozuntuları araşdıracaq
25-01-2012 / 10:44
Faktxeber.com-un verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Konqresdə çıxış edərkən Xarici Ticparətə Nəzarət Xidməti yaradıldığını bildirib.
O, deyib: «Mən xarici ticarətin şəffaflığına nəzarət edən xidmətin yaradılmasını elan edirəm. Bu qurum, Çin kimi ölkələrdə ticarət sferasında pozuntuları araşdıracaq».
Amerika prezidenti həmçinin maliyyə cinayətləri, o cümlədən iri maxinasiyalarla mübarizə üçün xüsusi qurumun yaradılacatını bildirib.
Bundan əlavə, Obama, konqresi Amerika istehsalçılarının xarici bazarlarda lider olması üçün lazımi tədbirlər görməyə çağırıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.