"Hesab edirəm ki, bizim ölkəmiz Fransa ilə münasibətləri minimuma qədər endirməlidir. Bunu edib-etməyəcəyini gələcək göstərəcək, amma etməsə Azərbaycan uduzacaq"
24-01-2012 / 17:32
Rəsmi Paris ermənilərə görə demokratiyanı çeynədi və türk düşmənliyinə imza ataraq qondarma “erməni “soyqırı”mı haqqında qanun layihəsini qəbul etdi. Hamı üçün maraqlı olan budur ki, bundan sonrakı hadisələrin axarı necə davam edəcək. Belə ki, Azərbaycan-Fransa, Fransa-Türkiyə, eyni halda Türkiyə-Azərbaycan münasibətləri və Azərbaycanın Türkiyəyə dəstək olması məsələsi necə olacaq? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən ADP-nin sədr müavini Həsrət Rüstəmov Fransa tərəfindən atılan addımın Avropanın demokratik dəyərlərinə zidd olduğunu bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.