Bu dəfə təbiət Keyptaunda (CAR) insanları təəccübləndirib. Şəhərin kənarındakı Si-Poynt çimərliyi gözlənilmədən köpüyə boyanıb. Mənzərə insanda elə təəssürat yaradırdı ki, elə bil okean nəhəng kappuçino fincanına çevrilib.
Bəs belə bir hadisənin səbəbi nədir?
Ehtimal budur ki, dəniz suyunda olan maddələr elə həddə qarışıb ki, ləpələrin dalğalanması nəticəsində köpüklər yaranıb.
Sonra isə bir növ zəncirvari reaksiya başlayıb və köpüyü sahilə daşıb. Həmin günü bunu müşahidə edənlərin bəzisi islanmamaq üçün qaçsa da, bu təəssüratı yaşamaq istəyənlər də tapılıb. Lakin, onlar köpüyün yosunlardan, kimyəvi maddələrdən, ölmüş fauna və floradan təşkil olunduğunu bilsəydilər onlar da qaçardılar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.