Anonimus Mark Zukerberqin facebookuna hücum edəcəyi bildirilir
24-01-2012 / 15:50
FaktXeber.com xəbər verir ki, Anonimus, youtubedə paylaşdığı videoda, internetə senzura gətirən SOPA və PIPA qanunlarının hələlik konqres tərəfindən təxirə salınmasına baxamayaraq tərəfdarlarını facebooka hücum etməyə dəvət edib.
SƏBƏB ZUKERBERQİN MÖVQEYİDİR
Anonimous facebooka hücum etməyi birbaşa açıqlamır. Anonimusun yayımladığı videoda deyilir ki, “SOPA” və “PiPA” qanunlarının qəbulu Konqres tərəfindən təxirə salınsa da, bu o demək deyil ki, bizim İnternet hüquqlarımız qorunacaq. Facebook dünyanın ən böyük internet səhifələrindən biridir və dünyada minlərlə server vasitəsilə fəaliyyət göstərir.
Hücuma səbəb isə facebookun yardıcısı olan Mark Zukerberqin yeni qanunlara qarşı çıxmamasına görədir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.