PARLAMENTİN KOMİTƏ SƏDRİ: "FRANSA SENATI AĞILSIZ QƏRAR QƏBUL EDİB"
Demokratiyadan dəm vuran Fransa belə qərar qəbul etməklə, çox ağılsız hərəkət edib
24-01-2012
FaktXeber.com xəbər verir ki, Milli Məclisin Regional komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, demokratiyadan dəm vuran və özünü demokratiyanın vətəni hesab edən Fransa belə qərar qəbul etməklə, çox ağılsız hərəkət edib.
O deyib: "Senatın bu qərarı prezident tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Ümidvaram ki, bu qərarın təşəbbüskarı olan prezident bunu aradan qaldıracaq. Dünya praktikasında ilk dəfə belə düşünülməmiş, hansısa xırda məqsədlərə xidmət edən qərar qəbul edilib. Kütləvi qırğınlarla, məsələn, Holokost hadisəsi ilə bağlı qərar Beynəlxalq Məhkəmənin qərarından sonra qüvvəyə minib. Bu da müharibədən dərhal sonra olub. Amma 100 il bundan əvvəl olan məsələnin gündəmə gətirilməsi ağılsızlıqdır".
Onun sözlərinə görə, ermənilər ilk dəfə bu məsələni qaldıranda qətlə yetirilənlərin 500-600 min olduğunu iddia edirdilər. Amma indi bunu 1,5 milyona qaldırıblar. Ümumiyyətlə, o dövrdə bu qədər erməni olmayıb. Hesab edirəm, bu qərar Fransa parlamentinə başucalığı gətirən məsələ deyil.
ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın belə qərar qəbul etməsini Azərbaycan-Fransa münasibətlərinə zərbə vuracağını deyən A.Rəhimzadə bildirib ki, ümumiyyətlə, mənim bu quruma inamım yoxdur. Amma beynəlxalq hüquq var, Fransa üzərinə düşən öhdəlikləri məcburi icra edəcək.
Komitə sədri prezidentlərin Soçi görüşünə də münasibət bildirib: "Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, danışıqlar yolu ilə münaqiş həlli potensialı tam tükənməyib. Ona görə də hesab edirəm ki, bu görüşlər davam etdirilməlidir və bunu müsbət qəbul edirəm. Bu görüşlərdə cüzi də olsa irəliləyiş olur. Bu, danışıqlar prosesində böyük nailiyyətdir".