Yunanıstanın Maliyyə Nazirliyi dövlətə böyük vergi borcu olanların adlarını açıqlayıb
24-01-2012 / 13:09
FaktXeber.com-un verdiyi məlumata görə, Yunanıstanın Maliyyə Nazirliyi dövlətə böyük vergi borcları olanların siyahısını açıqlayıb. Maliyyə Nazirliyi İnformasiya Sistemləri İdarəsi tərəfindən internet vasitəsiylə yayımlanan siyahıda adı çəkilən 4 min 152 nəfərin dövlətə ümumilikdə 15 milyard avro borcu var.
Vergi qaçaqmalçılığı cinayəti ilə hələ də həbsxanada yatan yunan iqtisadçı Nikolaos Kassimatisin 952 milyon avroluq borcu ilə ilk sırada yer alıb.
Siyahıda bəzi türklərin də adı var. 37 türk arasında olan Meral Örterin 7,6 milyon avro, Məhəmməd Dəmirçinin 5,3 milyon avro, Əhməd Sehatın isə 5,04 milyon avro yunan dövlətinə borcludur.
Maliyyə Nazirliyinin 170 səhifəlik borclular siyahısında ölkənin bəzi tanınmış mədəniyyət işçiləri və biznesmenlərinin də adları var.
Maliyyə Naziri Evangelos Venizelos, bir müddət əvvəl vergi qaçaqmalçılarına dövlətə olan borclarını ödəmələri üçün çağırış edərək və borcunu ödəməyənlərin adlarını ictimaiyyətə açıqlamaqla təhdid etmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.