İctimai Palatanın Koordinasiya Şurası üzvlərindən aldığımız məlumata görə, Fransa Senatında “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin qəbulu ilə əlaqədar növbədənkənar toplantı keçiriləcək. Toplantı bu gün saat 15.00-da Müsavat Partiyasının mərkəzi qərargahında keçiriləcək.
Burada Fransa Senatının qərarından sonra yaranmış vəziyyət və İctimai Palatanın vəzifələri müzakirə ediləcək.