Belə bir iddia ilə Rusiya Elmlər Akademiyası Kosmos Araşdırmaları İnstitutunun alimlərindən biri çıxış edib
24-01-2012 / 12:14
FaktXeber.com-un verdiuyi Rusiya Elmlər Akademiyası Kosmos Araşdırmaları İnstitutunun alimlərindən olan Leonid Ksanfomalitin Venerada canlı varlıqların ola biləcəyini iddia edib. Rus alim "Astronomiçeski Vestnik" jurnalında dərc etdiyi məqaləsində Sovet Birliyi dövründə kosmos araşdırmalarında əldə edilən fotoşəkilləri araşdırdığını və Venerada canlı varlıqların ola biləcəyini yazıb.
"Venera-13" və "Venera-14" adlı Sovet kosmik aparatlarının 1980-ci illərdə çəkdiyi fotoşəkilləri araşdıran Ksanfomaliti, "yarım metr hündürlükdə ortaya çıxan, dəyişən və ya itən obyektlər aşkar edilib. Təsadüf nəticəsində ortaya çıxan şəkilləri də izah etmək çox çətindir", - deyib. Alimin fikrincə, fotoşəkillərdə disk şəklində olan və hərəkət edən bir cisim, bundan əlavə qara bez parçasına bənzəyən obyektlər və bir də əqrəb şəklində canlı varlıq görünür.
Rus mətbuatına görə, Ksanfomaliti Venerayla əlaqədar kosmos araşdırmalarının ən əhəmiyyətli mütəxəssislərindən biri sayılır.
Venera səthində 464 santiqrat Selsi istiliyin olduğuna toxunan alimlər, əvvəllər həyat izinə rast gəlməyiblər. Ancaq qərbli alimlərin araşdırmalarında Venera atmosferində şimşəklərin çaxdığı, bunun da daha əvvəl planetdə su ola biləcəyi istiqamətindəki iddiaları gücləndirdiyi bildirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.