İşğalçı Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdə atəşə tutub
24-01-2012 / 10:21
Ermənistan Ordusunun bölmələri yanvarın 23-də saat 18.25-dən 18.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21.05-dən 21.15-dək, yanvarın 24-də 00.40-dan 00.50-dək və 04.00-dan 04.10-dək Ağdam rayonunun Şıxlar və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.30-dan 01.50-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.