İsa Qəmbər Fransa senatının qərarına münasibət bildirdi
24-01-2012
Qanun layihəsinin qəbulunu gecə saatlarında əlaqə saxladığımız müxalifət düşərgəsi qətiyyətlə pisləyib. Müsavat başqanı İsa Qəmbər öz fikirlərini müxbirimizə belə ifadə edib.
“İstər hüquqi baxımdan, söz, ifadə azadlığı baxımından, istərsə də dövlətlərarası münasibətlər baxımından Fransa çox ciddi səhvə yol verdi. Bu sadəcə sözdə soyqırımın inkarının kriminallaşması deyil, bu əslində İFADƏ AZADLIĞININ KRİMİNALLAŞMASI deməkdir. Digər tərəfdən bu Fransa ilə Türkiyə və Azərbacan arasında etimadın itirilməsi deməkdir. Müsavat Partiyası olaraq biz hesab edirik ki, Azərbaycan iqtidarı bu məsələyə indiyədək laqeyd yanaşdığını etiraf etməli, heç olmasa indi təcili olaraq siyasi mövqeyini ortaya qoymalıdır. İlk növbədə Fransanın Minsk qrupu həmsədrliyinin ləgvi istiqamətində hüquqi addımlar atılmalı və dərhal Türkiyə-Azərbaycan Yüksək Strateji Əməkdaşlıq Şurasının toplantısı çağrılmalı, birgə qərarlar alınmalıdır. Mən İcitmai Paltanın bu məsələ ilə bağlı təcili iclasının keçirilməsini təklif edəcəm. Azərbaycan müxalifətinin aparıcı qüvvələri olan Müsavat Partiyası, digər partiyalar və İP bu məsələyə dair bəyan etdiyi prinsipial mövqeni daha qətiyyətlə davam etdirəcək.” Yeni Müsavat