Çin vətəndaşları xoşlarına gəlməyən istənilən əşyanı camaatın gözü qarşısında darmadağın edir
23-01-2012 / 17:25
Çin vətəndaşlarının qəribə bir ənənəsi var. Onlar xoşlarına gəlməyən istənilən əşyanı camaatın gözü qarşısında darmadağın edirlər. Bu, soyuducu da ola bilər, avtomobil də...
Faktxeber.com-un verdiyi məlumata görə, sonuncu belə hadisə Almaniyanın "Bosch" kompaniyasının Pekindəki nümayəndəliyinin qarşısında baş verib. Məşhur çinli blogger Lo Yunxao hamının gözü qarşısında öz soyuducusunu qırıb. Səbəb isə qapıda olan nasazlıq imiş. Onun sözlərinə görə, «Bosch» əməkdaşı onun malını dəyişməkdən imtina edib. Yunxao da, «özünə qıymadığını, başqasına da qıyma» prinsip ilə hərəkət edərək, soyuducunu tikə-tikə edib.
Qeyd edək ki, sonuncu dəfə belə hadisə Çində bir neçə il öncə baş vermişdi. O zaman imkanlı bir şəxs yep-yeni «Lambordini» markalı maşınını darmadağın etmək üçün güclü gənclərdən ibarət qrupu tutmuşdu. Zəngin biznesmen bu yolla maşını aldığı dükandan narazılığını ifadə etmişdi.
Qeyd edək ki, belə «kütləvi edamlar» ölkədə olan xarici kampaniyaların öz işlərinə daha ciddi yanaşmasına səbəb olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.