RUSİYA AZƏRBAYCANDAN ALDIĞI QAZIN HƏCMİNİ İKİ DƏFƏ ARTIRIB
Görüşdən sonra prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə ARDNŞ və Rusiyanın "Qazprom-eksport"MMC arasında təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanıb
23-01-2012 / 16:54
Faktxeber.com-un verdiyi məlumata görə, Rusiyanın «Qazprom» kompaniyasının Azərbaycandan qaz alışı 1,5 milyarddan 3 milyard kubmetrə qalxacaq.
Qazpromun rəhbəri Aleksey Miller 2013-cü ildən qaz alışı iki dəfə artacağını bildirib.
Görüşdən sonra prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “Qazprom-eksport” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır.
Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Qazprom-eksport” MMC-nin idarə heyətinin sədri Aleksey Miller imzaladılar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.