Bu şəxs, "klubun çətin dövründə sənə ehtiyacı var. Göstər fənərbaxçalılığını" deyildikdən sonra namizəd olmağı qəbul edib
23-01-2012 / 14:31
Əziz Yıldırımın ötən ilin iyul ayında rüşvət ittihamıyla həbs olunmasından bu yana çətin günlər keçirən Türkiyənin "Fənərbaxça" klubu yeni prezidentini gözləyir. Yıldırımın təxminən 7 aydır məhbus olması prezident böhranı yaşayan klubda, may ayı ərzində keçirilməsi gözlənilən konqresdə sürpriz bir şəxsin prezidentliyə namizəd olmağa qərar verdiyi bildirilir.
FaktXeber.com-un verdiyi məlumata görə, Əziz Yıldırımın həbs olunmasından sonra klubun yaşadığı çətin günlərdə ona sahib çıxan və ictimaiyyətin böyük rəğbətini qazanan Əli Koçun, "prezident namizədliyini düşünmürəm" açıqlamasından sonra may ayında keçiriləcək konqresdə Əziz Yıldırımın yenidən prezident seçilməsi planlaşdırılırdı. Ancaq "Fənərbaxça"nın idarəçiləri 104 illik klubun bu şəkildə idarə olunmasının həm layiq, həm də mümkün olmadığını düşünərək sürpriz bir şəxsə namizədlik təklifi ediblər. Bu şəxs isə iş dünyasının tanınmış simalarından biri, "Doğuş" Holdinqin rəhbəri Ferit Şahenkdir.
Fanatik səviyyədə "Fənərbaxça"lı olduğu bilinən, hətta Əli Samiyendəki "Qalatasaray" - "Fənərbaxça" oyunlarına belə sarı-göylü forma geyərək getməkdən çəkinməyən Ferit Şahenk bu günə qədər edilən idarəçilik təkliflərinə, "mən tribunada tərəfdar olaraq çox xoşbəxtəm" cavabını verib və rəhbərlikdən imtina edib. Ancaq bu dəfə o vəzifədən qaça bilməyib.
Yüksək çinli "Fənərbaxça" klubu üzvü olan bir nəfərin ona, "klubun bu çətin dövrdə sənə ehtiyacı var. Madam fənərbaxçalısan, göstər fənərbaxçalılığını", - deməsindən sonra Ferit Şahenk vəzifəni şərtlə qəbul edib. O kluba çətin günləri sovuşdurana qədər prezident vəzifəsini icra edəcəyini bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.