KANADA VƏ NATO ORDUSUNUN BÜTÜN SİRLƏRİ RUSİYA KƏŞFİYYATININ ƏLİNƏ KEÇİB?!
"Dostlarımız sirlərini qorumaq mövzusunda bizə etibar etməsələr, artıq bizimlə sirr paylaşmayacaqlar"
23-01-2012 / 14:02
Kanada rəhbərliyi Dəniz Qüvvələri kəşfiyyat bölümündə xidmət edən bir leytenantın gizli məlumatları aralarında Rusiyanın da olduğu bəzi ölkələrə ötürərkən saxlanılması ilə bi-birinə dəyib.
FaktXeber.com-un verdiyi məlumata görə, hərbi həbsxanaların birində saxlanan leytenant Cefri Paul Delislenin Kanadanın hərbi sirlərini bəzi terrorçu qruplara da satdığı iddia edilir.
Nova Scotia ştatının paytaxtı Halifaksda baş verən skandaldan sonra jurnalistlərə açıqalama verən Kanadanın müdafiə naziri Peter Makkey, ''ortada Kanadanın etibarına zərər verəcək bir vəziyyət yoxdur. Müttəfiqlərimizin bizə, bizim də müttəfiqlərimizə etibarımız tamdır'', - deyib. Casus leytenantın Kanadanın mənfəətlərinə zərər verəcək məlumat alverində olmaq cinayət ilə saxlanıldığını söyləyən nazir Makkey, hadisənin tamamilə milli təhlükəsizlik daxilində olduğunu və əlavə açıqlama verə bilməyəcəyini söyləyib.
Leytenant Cefri Paul Delislenin vəkili Kameron Makken isə müvəkkilinin 25 yanvarda hakim qarşısına çıxacağını söyləyərək, ''Delislenin günahkarlığı sübut edilənə qədər günahsızdır'', - deyib.
''Ən həssas kəşfiyyatın olduğu bölükdə xidmət edirdi'-
Hadisəylə əlaqədar CBC televiziyasına müsahibə verən Kanadanın keçmiş Gizli Xidməti - CSİS agentlərindən olan Maykl Juneau-Katsua, leytenant Delislenin xidmət etdiyi Halifaksdakı HMCS Trinity bazasının Kanada sularına daxil olan və çıxan pilotlu-pilotsuz hava, suüstü və sualtı cihazların peyk məlumatları ilə NATO ölkələrinin bütün gizli məlumatlarını əldə edə bilən mərkəz olduğunu söyləyib: ''Çox gizli və həssas məlumatlar bu mərkəzdə toplanır. NATO üzvü olan bütün ölkələrin ünsiyyət, silah sistemlərinə daxil olma və silahlı qüvvələrin bütün kodları HMCS Trinity bazasındadır. Bu işin arxasında Rusiyanın olması çox güclü bir ehtimaldır. Çünki keçmiş Sovetlər Birliyi və Soyuq Müharibə illərindən bu yana Rusiya həmişə NATO məlumatlarının arxasınca olub''.
Bu hadisənin Kanadanın etibarına mənfi təsir edəcəyini söyləyən keçmiş CSİS agenti Katsua, ''dostlarımız sirlərini qorumaq mövzusunda bizə etibar etməsələr, artıq bizimlə sirr paylaşmayacaqlar'', -deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.