NATO ƏFQANISTANDA DAHA BİR BİABIRÇI ADDIMA İMZA ATDI
Koalisiya qüvvələrinin tərkibində xidmət edən iki ingilis əsgərinin 10 yaşlı iki əfqan uşağına təcavüz etdiyi bildirilir
23-01-2012 / 13:19
FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərənin "The Sun" qəzetinin ortaya çıxardığı skandalda, Əfqanıstanda xidmət edən iki ingilis əsgərinin 10 yaşlı bir qız uşağı ilə eyni yaşda olan bir oğlana cinsi təcavüz etdiyi bildirilir. İki əsgərin uşaqlara etdikləri cinsi təcavüzü videoya çəkdikləri və bu görüntüləri əsgər yoldaşlarına göstərdiyi ortaya çıxıb.
Skandalın ortaya çıxmasından sonra ingilis ordusu, təhlükəsizlik məqsədiylə sözügedən iki əsgəri Əfqanıstandan Almaniyanın Paderbon şəhərindəki İngiltərə hərbi bazasına gətirib. Barələrində istintaq başladılan hər iki əsgərin nəzarətdə saxlanıldığı bildirilir.
Cinsi təcavüzün ortaya çıxmasından sonra açıqlama verən Əfqanıstan prezidenti Həmid Karzai bu əxlaqsız hərəkəti sərt şəkildə qınayıb. İngiltərənin baş naziri Devid Kameron isə iki ingilis əsgərinin sözügedən davranışı qarşısında şoka düşdüyünü söyləyərək, "əsgərlərin Əfqanıstandakı vəzifələrinə xitam verildi", - deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.