MİRASA GÖRƏ QƏZƏBLƏNƏN ÇİNLİ ÖZÜNÜ VƏ QOHUMLARINI PARTLATDI
Qurbanlar arasında azyaşlı uşaq da olub
23-01-2012 / 13:13
Faktxeber.com-un verdiyi məlumata görə, Ay təqvimi ilə Yeni il keçirən çinli ailədə böyük bir faciə baş verib. Vərəsə bölgüsündən narazı qalan qohumlardan birinin bomba partlatması nəticəsində özü və uşaqları da daxil olmaqla 1 ailənin 4 üzvü həlak olub.
Hüquqmühafizə orqanları hadisənin Xunyan əyalətində Bahar Bayramı ərəfəsində baş verdiyini deyib.
Belə ki, bununla əlaqədar keçirilən məraisimin qızığın yerində ev sahibinin Lyao adlı əmisi oğlu qonaq gəlir.
Ailə masa arxasında əyləşərkən Lyao bədəninə bağlanmış əldəqayırma partlayıcı qurğunu işə salır. Hadisə nəticəsində caninin özü və 4 yaxın qohumu həlak olur, 6 nəfər isə yaralanır. Qurbanlar arasında ailənin hələ yetkinlik yaşına çatmamış oğlu da olur.
Məlum olub ki, partlayışı törədən çinli artıq neçə illərdir ki, şəhərdə işlədiyindən kəndə gəlmirmiş. Bu müddət ərzində qohumları mirasın ona qalan hissəsini və torpaq sahəsini ələ keçirib ki, bu da iki əmioğlunun münaqişəsinə səbəb olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.