"Azərbaycanla Türkiyənin strateji baxımdan o qədər də yaxın olduğunu demək olmaz. Hələlik biz iki dövlətik, ancaq bir mövqedən çıxış edən dövlətlər deyilik"
23-01-2012 / 11:57
“Türkiyə NATO ölkəsi olduğu üçün köhnə rus stansiyasına ehtiyacı yoxdur. Güman etmirəm ki, mövcud elm və texnikanın fonunda Qəbələ RLS-in bir qiyməti ola bilər”. Politoloq Vəfa Quluzadə bu sözləri Qəbələ RLS-in Türkiyənin himayəsinə verilməsi ilə bağlı təklifləri şərh edərkən belə söylədi. Ekspert Qəbələ RLS mövzusunda Bakı ilə Ankara arasında məsləhətləşmələrin aparıldığını güman etmir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.