Faktxeber.com-un verdiyi məlumata görə, İspaniya La Liqasında ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.
"Osasuna"nın qonağı olan "Valensiya" rəqibi ilə bacarmayıb. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı bir xalla tərk ediblər - 1:1.
"Barselona" klubu isə səfərdə "Malaqa"nı xalsız qoyub. Lionel Messinin het-trik etdiyi görüşdə "Barsa" inamlı qələbə qazanıb - 4:1.
Madridin "Kral" klubu da turu qələbə ilə başa vurub. "Real Madrid" hesabda geri düşsə də matçın gedişini öz xeyrinə dəyişə bilib - 4:1.
Qeyd edək ki, 19-cu tura bu axşam keçiriləcək "Vilyareal" - "Sportinq Xixon" oyunu ilə yekun vurulacaq.
21 yanvar
İspaniya La Liqasında XIX turun oyunları
"Espanyol" - "Qranada" 3:0
Qollar: Baena, 26 (1:0), Verdu, 45-pen (2:0), Fonte, 80 (3:0)
"Santander" - "Qetafe" - 1:2
Qollar: Stuani, 14 (1:0), Qavilan, 26 (1:1), Miku, 83 (1:2)
"Real" (Sosyedad) - "Atletiko" (Madrid) - 0:4
Qollar: Falkao, 3-pen (0:1), 83 (0:3), 90+2 (0:4), Ardrian, 47 (0:2)
"Betis" - "Sevilya" - 1:1
Qollar: Exçeberiya, 26 (1:0), Neqredo, 41 (1:1)
22 yanvar
"Osasuna" - "Valensiya" - 1:1
Qollar: Soldado, 84 (0:1), Lolo, 90+2 (1:1)
"Rayo Vallekano" - "Malyorka" - 0:1
Qol: Ramis, 57 (0:1)
"Malaqa" - "Barselona" - 1:4
Qollar: Messi, 33 (0:1), 51 (0:3), 82 (0:4), Sançez, 48 (0:2), Rondon, 85 (1:4)
"Levante" - "Saraqoza" - 0:0
"Real" (Madrid) - "Atletik" (Bilbao) - 4:1
Qollar: Lorente, 13 (0:1), Marselo, 25 (1:1), Ronaldo, 47-pen (2:1), 67-pen (3:1), Kallehon, 86 (4:1)
23 yanvar
"Vilyareal" - "Sportinq" (Xixon)
Samir Əliyev