Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi, Aydınlar, Liberal Demokrat, Azadlıq partiyalarının yaratdığı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının Avropa bürosu təsis olunub. Təsis konfransı yanvarın 21-də Almaniyanın paytaxtı Berlində keçirilib.
İngiltərə, Fransa, Hollandiya, Belçika, İsveçrə, İsvec, Norveç, Avstriya və Almaniyadan nümayəndələrin iştirak etdiyi konfransda Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin nitq söylədiyi bildirilir.