FaktXeber.com-un verdiyi məlumata görə, Los Anceles polisi itlərini gəzdirən iki qadın tərəfindən tapılan kəsik başın şəxsiyyətini araşdırır. Ancaq buna baxmayaraq, artıq "Los Angeles Times" qəzeti kəsik başın təxminən 40 yaşı olan erməni mənşəli bir amerikalıya aid olduğunu iddia edib.
Tibbi ekspertizanın rəyinə görə isə, qurbanın şəxsiyyətinin daha da dəqiqləşdirilməsi üçün başda olan barmaq izlərinin araşdırılması lazımdır.
Qurbanın başqa yerdə öldürülüb daha sonra bədəninin parçalarının hər il milyonlarla turistin ziyarət etdiyi bu nəhəng yazılara çıxan çığıra atıldığı bildirilir. Polis insan qalıqlarının bir neçə saat öncə parçalandığını söyləyir.
Qeyd edək ki, 1923-cü ildə Los Anceles təpələrində ucaldılan nəhəng yazılar, bölgədəki ərazilərin inkişafı üçün reklam məqsədi ilə həyata keçirilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.