QARDAŞ ÖLKƏNİN RƏSMİ QƏZETİ AZƏRBAYCAN HAKİMİYYƏTİNİ SƏRT TƏNQİD ETDİ
Rusiya ilə təbii qaz satışında endirim edən qardaş ölkə Azərbaycan Türkiyənin təklfini rədd etdi
21-01-2012
FaktXeber.com xəbər verir ki, qardaş ölkə Türkiyədə eyni adlı qəzet (Türkiye) Türkiyənin təbii qaz təklifini rədd edən Azərbaycan üçün "GARDAŞ GAZIĞI" başlığını manşet edib.
"Türkiye" qəzetinin yazarı Hayrettin Turan imzalı xüsusi xəbərdə Azərbaycan hakimiyyəti sərt şəkildə tənqid edilir:
Azərbaycan üçün dünyanın reaksiyasını üstümüzə aldıq. Ermənistanla normallaşma müddətini dayandırdıq. Ancaq Rusiyaya təbii qazda endirim edən qardaş ölkə bizim təbii qaz təklifimizi rədd etdi.
TÜRKİYƏYƏ SOYUQ DÖYÜŞ BAŞLATDI
Türkiyə ən çətin günlərində qardaşlıq borcunu yerinə yetirərkən, Bakı rəhbərliyi Ankaranı son illər daha çox tək buraxıb. Heydər Əliyevin vəfatından sonra iqtidara gələn İlham Əliyev, xüsusilə son iki ildə Ankaraya qarşı sanki soyuq müharibə başladıb. Bakıda Türk Şəhidliyindəki bayraqları endirildi. Bu ölkədə oxuyan və işləyən türk vətəndaşlarının gündəlik həyatında davamlı çətinliklər yaradıldı. Bakı rəhbərliyi, Fransanın "soyqırım qanunu"nda parlamentdə qəbul etməsinə baxmayaraq Parislə əlaqələrini nəzərə çarpacaq dərəcədə artırdı.
FRANSANI SEÇDİ
Türkiyə ABŞ və Avropa Birliyinin təzyiqlərinə baxmayaraq Ermənistanla sərhəd qapısını və hava məkanını bağlı saxlayır. Bakıda isə Paris Dostluq Qrupu rəhbərliyində Mehriban Əliyevaya şərəf ordeni verilir. Bu rəsmi Ankaranın üzüntüsünə səbəb oldu. Fransadakı erməni qanununa qarşı heç bir addım atmayan Əliyev rəhbərliyinin bu rəftarı son iki ildir davam edir. Erməni oyunları hökumətə yaxınlığı ilə tanınan qəzetlərdə də kiçik şriftlərlə ötürülür. Azərbaycanın bu fransız heyranlığına baxmayaraq, Nikola Sarkozi, Qarabağ məsələsində Ermənistanın tərəfini saxlayır. Bununla belə Azərbaycan Minsk Qrupunun rəhbəri olan Sarkoziyə geri addım at demir.
Azərbaycanın Türkiyə əleyhinə olan addımları bununla tamamlanmadı. Rusiyada Putin rəhbərliyinin Türkiyə ilə uzun müddətli əlaqələrini nəzərə alaraq təbii qazda böyük endirim etdi. Amma qardaş Azərbaycan isə həm qiyməti artırdı, həm də Türkiyəyə yüz milyonlarla dollar zərər vurdu. Bakı rəhbərliyinin hər il milyardlarla dollar qazanc əldə etdiyi BTC neft boru xəttindən isə Türkiyənin ziyanı 150 milyon dollardır.