Bu adət-ənənənin 200-dən çox yaşı olduğu bildirilir
21-01-2012 / 13:03
Türkiyənin Səlcuq şəhərində qeyri adi bir festival keçirilir - dəvə döyüşü. Bu döyüşün Türkiyədə 200-dən çox yaşı var. Adətən bu festival qış aylarında yaza yaxın keçirilir. Çünki bu zaman ərzində dəvələr daha aqressiv olurlar.
Bu döyüş daha çox əyləncə xarakterli olduğu üçün, bu döyüşə gələn tamaşaçılardan toplanan pul ilə bəzi ictimai layihələr həyata keçirilir. Bu gün bu festival Egey, Aralıq və Mərmərə sahillərində təşkil olunur.
Döyüşdən bir gün əvvəl dəvələr çox gözəl bəzədilir və onların üzərinə bahalı xalılar sərilir, zınqırovlar asılır. Dəvələr şəhər boyu gəzdirilir.
Döyüşə baxmağa Türkiyənin müxtəlif şəhərlərindən - İstanbul, Antaliya, Alaniya, İzmir və sairdən on minlərlə tamaşaçı gəlir. Bura həmçinin müxtəlif ölkələrdən gəlmiş turistlər də təşrif buyururlar.
Dəvələr bir gün ərzində ancaq bir döyüşdə iştirak edir ki, bu da 10-15 dəqiqə çəkir. Bu qayda-qanun bilərəkdən qoyulub ki, dəvələrə çox əziyyət olmasın və onlar bir-birinə xəsarət yetirməsin.
Qalib dəvəyə gözəl xalça hədiyyə olunur. Döyüşdə iştirak edəb hər bir dəvənin isə öz adı olur və bu ad onun belinə yazılır.
Ənənəvi dəvə döyüşündə qaydalar heç zaman pozulmur. Qalib gələn və məğlub olan tərəflər xoş təəssüratla bir-birindən ayrılırlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.