Qəza zamanı Parlamentin nümayəndəsi avtomobildə olsa da, dövlət rəhbəri artıq öz xidməti maşınından çıxmışdı
21-01-2012 / 12:56
Faktxeber.com-un verdiyi məlumata görə, Latviyanın paytaxtı Riqada 1991-ci il barrikadalarının ildönümünə həsr olunmuş tədbirdə ölkə prezidentri Andris Berzinşlə seymin spikeri Solvita Aboltininin avtomobili toqquşub.
Yerli KİV-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qəza zamanı Parlamentin nümayəndəsi avtomobildə olsa da, dövlət rəhbəri artıq öz xidməti maşınından çıxmışdı.
Ölkənin Yol Nəqliyyat Hadisələri nümayəndələri hadisə ilə əlaqədar protokol hazırlayıblar. Sığorta kompaniyaları isə zərərin məbləği və onun hazırlanma prosesi barədə məsələni həll etməlidirlər.
Latviyada yüksək rütbəlinin iştirakı ilə baş verən qəza sonuncu dəfə 2008-ci ildə baş vermişdi. O zaman baş nizir olan İvars Qodmanisin xidməti maşının içərisində 17 sərnişin olan mikroavtobusla toqquşması nəticəsində dövlət nümayəndəsi beyin silkələnməsi və travma diaqnozu ilə hospitalizə olunmuşdu. Sərnişinlərdən isə bir nəfər yaşlı qadın xəsarət almışdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.