PNEVMATİK MİSMAR SİLAHINDAN TƏSADÜFƏN BAŞINA ATƏŞ AÇIR
Lakin bunu o qədər "ustalıqla" edir ki, beynin heç bir həyati vacib sinrləri zədələnmir
21-01-2012 / 12:23
Faktxeber.com-un verdiyi məlumata görə, evini təmir edən 32 yaşlı Dante Autullo təsadüfən pnematik mismar silahından başına atəş açır. Lakin əli ilə yoxlayanda heç nə hiss etmədiyindən sadəcə cızıq olduğunu düşünür. Bu səbəbdən də evinin təmirini dayandırmır.
Səhər isə özünü pis hiss etdiyindən həkimə müraciət edir.
Burada edilən rentgen isə görənləri heyrətə gətirib. Belə ki, kəllə sümüyünün içərisində 9 sm-lik mismar var idi. Lakin pnevmatik silahdan elə «ustalıqla» atəş açılıb ki, beynin heç bir həyati vacib sinirlərini zədələməyib: o hərəkət edə, danışa bilir, yaddaşında da heç bir problem görülməyib.
Beyində ağrı sinirlərininin olmamasına görə isə başında narahatlıq hiss etməyib.
O, təcili əməliyyata aparılıb.
Hazırda Dantenin vəziyyətinin yaxşı olduğu bildirilrən həkimi onun son dərəcə bəxtinini gətirdiyini deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.