ƏLİNDƏ BAŞ TUTARAQ GÜLÜMSƏYƏN ŞƏXSİN ŞƏKİLLƏRİ UŞAQLARI ŞOKA SALDI
Böyük Britaniya polisi ölmüş şəxsin cəsədini təhqir edilməsi görüntüləri olan foto ilə bağlı araşdırmaya başlayıb
20-01-2012 / 17:29
Faktxeber.com-un verdiyi məlumata görə, Böyük Britaniya polisi ölmüş şəxsin cəsədini təhqir edilməsi görüntüləri olan foto ilə bağlı araşdırmaya başlayıb.
Məsələ ilə əlaqədar 26 yaşlı morq işçisi Devid Amor saxlanılıb. Onun ələ keçməsinə isə iki azyaşlı uşaq yardım edib.
Belə ki, Eylsberi şəhərində 10-12 yaşlı bacı-qardaş parkda gəzərkən tapdıqları telefonu atalarına verirlər. Kişi telefonu evə gətirərək yaddaşda olan məlumatlara əsasən sahibi tapmaq məqsədiylə kompüterə qoşur. Lakin gördüyü mənzərə onu şoka salır.
Tapılmış telefonun elektron yaddaşında əlində bədəndən ayrılmış baş tutaraq gülümsəyən şəxsin şəkilləri olur.
Ən dəhşətlisi isə odur ki, uşaqlar da bu dəhşətli mənzərənin şahidi olublar. Valideynlərinin sözlərinə görə, şəkli görən anda övladları qışqıraraq otaqdan çıxıb.
Hazırda şəkillərin montaj olub-olmadığı araşdırılır.
İlkin məlumatlara görə, kəsilmiş baş qatarın altında qalan kişiyə aid olub.
Verilən məlumatlara görə, şübhəli Devid Amor cəsədlərin balzamlanmasını şəxsi biznesə çevirib. Onun özəl «Amor Embalming» meyidxanası da var. Burada o, ölənləri az-çox estetik vəziyyətə salır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.