FaktXeber.com-un verdiyi məlumata görə, bu gün günorta radələrində İctimai Palataya daxil olan siyasi partiyaların lider və funksionerləri, eləcə də fərdi qaydada İP üzvü olan tanınmış şəxslər, sıravi adamlar Şəhidlər Xiyabanını ziyarət ediblər.
Şəhidlərin əbədi xatirəsinə ehtiram olaraq İP adından hazırlanmış çələng "Əbədi məşəl"in önünə qoyulub. Milli-azadlıq hərəkatının üzvləri öz hərəkat yoldaşlarını şəhadət günündə onlara rəhmət diləyib, ruhlarına dua oxuyub, yaxınlarına başsağlığı veriblər.