Pilotun həlak olmasında kriminal xüsusiyyətin olması istisna olunmur
20-01-2012 / 16:13
Faktxeber.com-un verdiyi məlumata görə, «UTair» aviakompaniyasının Bankonq-Moskva marşurutu ilə hərəkət edən təyyarədə pilotlardan biri vəfat edib.
Novosibirsk istintaq idarəsindən verilən məlumata görə, «Boening 757-200» Bankonqdan yerli vaxtla saat 21:00-da çıxıb:
«Təyyarə çıxandan 3 saat sonra 44 yaşlı Sergey Qolev özünü pis hiss edir. İkinci pilot səsgücləndirici vasitəsi ilə sərnişinlərin arasında həkim olub-olmadığını soruşub. Pilot göyərtə nəzarətçisinin vestibülünə yerləşdirilir.
Sərnişinlər arasında olan kardioloqun bütün səylərinə baxmayaraq, saat 00.10-da pilotun vəziyyəti lap pisləşir. Hava gəmisinin komandiri Çinin «Çenqdu» aeroportunda məcburi eniş barədə qərar versə də, ikinci pilot artıq vəfat edir. Bu səbəbdən təyyarə öz marşurutu ilə hərəkət edərək təqribən 05.05-də Novosibirskin «Tolmaçeva»a eroprtunda enib».
Hadisə ilə əlaqədar olaraq cinayət işi açılıb. Pilotun həlak olmasında kriminal xüsusiyyətin olması istisna olunmur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.